Birləşmiş Ərəb Əmirlikləri dövlət idarəçiliyində inqilabi bir addım ataraq, qanunvericilik prosesini süni intellektə həvalə edir. Maşın öyrənməsi modelinə əsaslanan sistem mövcud qanunları, məhkəmə presedentlərini və dövlət qurumlarının məlumatlarını təhlil edərək qanunvericilikdə dəyişikliklər təklif edəcək.
Ölkə rəhbərliyi bu addımın normativ aktların hazırlanma müddətini 70% azaltmasına ümid edir. Sistemə BƏƏ-nin bütün federal və yerli qanunlarını əhatə edən kompleks bir verilənlər bazasına giriş imkanı veriləcək. Alqoritmlər yalnız dəyişikliklər təklif etməklə kifayətlənməyəcək, həm də onların iqtisadiyyata və cəmiyyətə mümkün təsirlərini modelləşdirəcək. Layihənin koordinasiyasını xüsusi olaraq yaradılmış qurum – “Regulatory Intelligence Office” həyata keçirəcək.
BƏƏ-nin bu təşəbbüsü gözlənildiyi kimi ekspertlər arasında birmənalı qarşılanmayıb. Oksford Universitetindən Vinsent Ştraub belə bir qərarın potensial təhlükəsi barədə xəbərdarlıq edir. Onun fikrincə, süni intellekt qeyri-etibarlı nəticələr verə bilər və onun məntiqi tez-tez konkret hüquqi presedentlərlə ziddiyyət təşkil edə bilər.
Digər ölkələrdə isə süni intellekt hələlik yalnız təhlil üçün köməkçi alət kimi istifadə olunur və birbaşa qanunların yaradılmasında tətbiq edilmir.
Fikirləriniz ?