27 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

2024-cü ilin ən uğurlu smart saat markalarının adları açıqlanıb

“Canalys” analitik şirkətinin məlumatına görə, bir il yarım dalbadal uzunmüddətli enişdən sonra ağıllı saatlar və fitnes-trekerlər bazarı nəhayət cüzi artım nümayiş etdirib. 2024-cü ilin ikinci rübündə cihazların tədarükü artıb və eyni zamanda, müxtəlif məhsul kateqoriyalarında tədarüklərdə liderlər müəyyən edilib.

Apple qabaqcıl ağıllı saatlar bazarında 49% bazar payı ilə lider olub. İkinci yerdə 15%-lə Samsung qərarlaşıb, Garmin isə ilk üçlüyü (qlobal tədarüklərin 11%-i) qapayır. Dördüncü yeri HUAWEI (bazarın 7%-i), beşinci yeri isə Google (4%) tutub.

Fitnes qolbağı seqmentində mütləq lider “Xiaomi” şirkəti olub ki, bu da hesabat dövründə bütün tədarüklərin 40%-ni təşkil edib. Ondan sonra HUAWEI (23%), Google (10%), Samsung (6%) və Honor (2%) gəlir.

Analitiklər ayrıca kateqoriyaya əsas funksionallığı olan sərfəli qiymətli ağıllı saatları daxil ediblər. Siyahıya müvafiq olaraq 15% və 13% göstəriciləri ilə HUAWEI və Xiaomi liderlik edir. Onların ardınca “Noise” və “Fire Boltt” (hər biri 11%), həmçinin Hindistan brendi boAt (5%) gəlir.

İkinci rübün yekunu üzrə ümumi cədvəldə Apple liderlik edir (7,7 milyon cihaz tədarük edilib, keçən ilin eyni dövrü ilə müqayisədə -5%). İkinci yeri HUAWEI (6 milyon qadcet, 40% artım) tutur. Üçüncü yerdə Xiaomi (5,9 milyon, +23%), üçüncü yerdə Samsung (2,8 milyon, +23%) və Noise (2,4 milyon, -32%) qərarlaşıb.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr