14.1 C
Баку
Понедельник, 23 марта, 2026
spot_img

Airpods vasitəsilə idarə olunan ilk mobil oyun istifadəyə verildi

AppStore-da qeyri-adi idarəetmə üsulu ilə “RidePods” adlı yeni yarış oyunu təqdim olunub. Adi ekran toxunuşları əvəzinə istifadəçi AirPods qulaqlıqlarını taxmalı və nəqliyyat vasitəsinin trayektoriyasını başını əyərək dəyişməlidir.

Gameplay baxımından “RidePods” köhnə və sevimli “Traffic Racer” oyununu xatırladır: oyunçu öz motosikletində avtomobil axınından yayınmalıdır. Oyun yalnız hərəkət sensorları ilə təchiz olunmuş AirPods Pro və AirPods 3/4 modelləri ilə uyğundur.

Oyun zamanı maneələri keçmək üçün başı sola və sağa əymək, sürətlənmək üçün başı arxaya atmaq, əyləcləmək üçün isə başla işarə etmək lazımdır. Təəssüf ki, qulaqlıqsız oynamaq mümkün deyil. “RidePods” tamamilə pulsuzdur və AppStore səhifəsinə əsasən, daxili alışlar təklif etmir. Başlatmaq üçün iOS/iPadOS 15.6 və ya daha yeni versiya tələb olunur.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr