9 C
Баку
Понедельник, 23 декабря, 2024
spot_img

Altıncı barmaq protezi — əl imkanlarını çox artırır [Video]

Kembric Universitetinin əməkdaşları ələ yapışdırıla bilən qeyri-adi idarə olunan protez – Third Thumb (“Üçüncü Barmaq”) təqdim ediblər. O, əşyaları götürməyə, meyvələrin qabıqlarını soymağa, oyun kartlarını çeşidləməyə və butulkaları onsuz olduğundan daha səmərəli şəkildə açmağa imkan verir.

Protezin effektivliyini yoxlamaq üçün alimlər bir qrup təbrübəçi toplayıblar. Demək olar ki, dərhal təcrübə iştirakçıları onun əlavə imkanlarından istifadə etməyi öyrəndilər. “Üçüncü barmaq” baş barmağın əks tərəfində bağlanır.

Protez iki düymə ilə idarə olunur, nəzarət isə təzyiq sensorları vasitəsilə həyata keçirilir. Təcrübəçilər düymələri basdıqda köməkçi barmağın intensivliyini və mövqeyini idarə edə bilirdilər.

Təcrübədə iştirakçılar çubuqları tutub səbətə yığmağı öyrəniblər. Onlar həmçinin beş-altı müxtəlif formalı obyektlərini hərəkət etdirə bildilər. Eyni zamanda, iştirakçıların 99,3%-i verilən tapşırıqların öhdəsindən gələ bilib, onlardan 98%-i bir dəqiqədən az müddətdə protezin idarə olunmasını mənimsəyib.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr