Valve dekabr 2025 üzrə Steam Hardware Survey statistikasını yayımlayıb. Nəticələrə görə, oyun seqmentində AMD Intel-ə xeyli yaxınlaşıb, baxmayaraq ki, bazarda komponent çatışmazlığı davam edir.
Prosessor bazarında AMD payını 47,27 %-ə çatdırıb — təkcə dekabr ayında artım 4,66 faiz bəndi olub. Intel isə ayın yekununda 55,47 % göstərici ilə qalır. AMD-nin DDR4 dəstəyindən imtina etməsinə baxmayaraq, Intel-in Raptor Lake Refresh prosessorları həm DDR4, həm də DDR5 ilə işləyir.
Oyunçular hələ də AMD Zen 3 arxitekturalı prosessorlara üstünlük verirlər. Hətta artıq istehsalı dayandırılmış Ryzen 5800X3D ikinci əl bazarında yüksək tələbat görür və bəzən yeni 9800X3D-dən belə baha satılır. Intel-in mövqelərinə isə 2024-cü ildəki Raptor Lake problemi də mənfi təsir göstərib — 5 il əvvəl şirkətin Steam-də payı 77 % idi.
Statistikanın digər maraqlı məqamı isə RAM həcmlərinin artmasıdır. Qlobal çatışmazlığa baxmayaraq, Steam istifadəçilərinin 39,07 %-i artıq 32 GB RAM istifadə edir. 16 GB RAM isə 40,14 % sistemdə quraşdırılıb. Bahalaşma və çatışmazlıq bir çox oyunçunu apqreyd etməyə vadar edib.
Digər göstəricilər dəyişməyib: oyunçuların 70,83 %-i Windows 11, ən populyar videokart isə Nvidia GeForce RTX 3060 olaraq qalır.
Fikirləriniz ?



