30 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

Analitiklər: HUAWEI qatlanan smartfonlar bazarında Samsung-u ötüb

Tədqiqat firması “Display Supply Chain Consultants” (DCSS) 2023-cü ilin dördüncü rübündə qatlana bilən smartfon bazarının vəziyyəti haqqında hesabat dərc edib və 2024-cü ilin birinci rübü üçün proqnozunu verib. Eyni zamanda, ən populyar cihaz modelləri də adlandırıldı.

Hesabata görə, 2023-cü ilin dördüncü rübündə cəmi 4,2 milyon qatlanan smartfon tədarük edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 33% artım deməkdir. Analitiklər gözləyirlər ki, 2024-cü ilin birinci rübünün sonuna kimi “HUAWEI” qatlana bilən smartfonların tədarükündə lider olacaq, çünki “Samsung” sürətlə mövqelərini itirir. Bununla belə, artıq ikinci rübdə Cənubi Koreya şirkəti birinci yerə qayıdacaq və ilin sonuna kimi onu qoruyub saxlayacaq. Bundan əlavə, 2024-cü ildə ekspertlər HUAWEI və Honor-un payının artacağını proqnozlaşdırırlar, OPPO və Vivo isə yeni qatlanan smatfon modellərinin buraxılmasından gözlənilən imtinaya görə bazar payını itirəcəklər.

DCSS, 2023-cü ilin dördüncü rübündə müxtəlif istehsalçıların 23 qatlanan smartfon modelinin bazara çıxarıldığını təxmin edir. Onlardan ən məşhuru Samsung Galaxy Z Flip5, sonra HUAWEI Mate X5, Honor Magic Vs2, Samsung Galaxy Z Fold5 və OPPO Find N3 Flip oldular.

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr