Apple yeni MacBook Neo modelini təqdim edib. Bu noutbuk iPhone 16 Pro-da istifadə olunan A18 Pro prosessoru ilə işləyir və şirkətin ən ucuz noutbuku hesab olunur.
MacBook Neo 13 düymlük Liquid Retina ekran, 500 nit parlaqlıq, 16 saata qədər batareya ömrü və 8 GB operativ yaddaş ilə gəlir. Apple bildirir ki, gündəlik tapşırıqlarda bu model Intel Core Ultra 5 prosessorlu noutbuklardan 50% daha sürətlidir.
Noutbukda Wi-Fi 6E, Bluetooth 6, Full HD kamera, iki mikrofon və iki stereo dinamik mövcuddur.
Qiymətlər:
• 256 GB — 599 dollar
• 512 GB + Touch ID — 699 dollar
Fikirləriniz ?



