27 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

Apple istifadəçilərindən İnstagram və Facebook reklamlarına görə əlavə 30% vergi götürəcək — necə qarşısını alaq ?

Azərbaycanda Apple (iPhone/Mac) istifadəçiləri iyul ayının 8-dən etibarən İnstagram üzərindən etdikləri reklamlara görə 30% əlavə rüsum ödəməli olacaqlar. ABŞ ərazisində bu dəyişikliklər artıq fevral ayından etibarət qüvvəyə minib.

Qeyd edək ki, 30% ödəniş yalnız Apple şirkətinə gedir, Meta-ya oradan heç nə düşmür.

Əlavə ödənişlərdən yan keçmək üçün “Meta” alternativ bir yol təklif edir — iOS proqramlarından istifadə etmək əvəzinə, brauzerinizdə Instagram.com və Facebook.com-a daxil olub sponsorlu paylaşımlarınızı təşviq edə bilərsiniz.

Həmçinin Apple-ın yeniləməsi nəticəsində Meta iOS üçün Facebook və Instagram proqramları vasitəsilə paylaşımların təşviqi üçün ödəniş prosesində dəyişikliklər edir. Əvvəllər ödəniş dərc edildikdən sonra toplanırdısa, indi reklam verənlər öz hesablarına əvvəlcədən ödənilmiş vəsaiti əlavə etməklə xidmətlərin haqqını əvvəlcədən ödəməlidirlər. İOS proqramları vasitəsilə əlavə etdikdə ödənişə 30% Apple rüsumu əlavə olunur. Bununla belə, əgər reklamçı masaüstü və ya mobil brauzer vasitəsilə vəsait qoyursa, o zaman əlavə Apple rüsumu ödənilməyəcək.

Bir sözlə reklam üçün bundan sonra Android və ya Windows-dan istifadə edin!

Qeyd etsidimiz məlumatla bağlı həmçinin TexnoJurnal redaksiyasına “Meta”-dan müvafiq məktub da göndərilib

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr