10 C
Баку
Четверг, 10 апреля, 2025
spot_img

Apple süni intellekt yarışını uduzur: gələcək iPhone-lar Google Gemini neyron şəbəkəsini alacaq

 Tim Kuk investorlara şirkətin bu il əsas süni intellekt yeniləməsini buraxacağını vəd etdi, Mark Qurmanın sözlərinə görə isə, yalnız və yalnız Google bu işlərdə Apple şirkətinə köməklik edə biləcək.

Qurman adı açıqlanmayan şəxslərə istinadən xəbər verir ki, “Apple” şirkəti “Google Gemini” neyron şəbəkəsinə əsaslanacaq iOS-da süni intellekt funksiyalarının tətbiqi ilə bağlı Google ilə danışıqlar aparır. Bu, mətn toplayıcı və digər oxşar AI texnologiyaları ola bilər.

Əvvəllər məlum olub ki, Apple özünün Ajax neyron şəbəkəsini inkişaf etdirir və onun artıq Apple GPT chatbotu da var. Lakin Qurmanın fikrincə, Apple süni zəkası hələ də rəqiblərdən geri qalır. Apple texnologiyalarının iPhone-da yerli olaraq istifadə ediləcəyi və Gemini əsaslı funksiyaların yalnız bulud servislərində işləyəcəyi versiyası da var. Bundan əlavə, Qurman bildirib ki, Apple bu yaxınlarda öz smartfonlarında neyron şəbəkəsinin tətbiqi ilə bağlı OpenAI ilə razılığa gəlməyə çalışıb. Digər potensial namizəd — böyük dil modeli Kloddur.

Apple bu ilin iyun ayında iOS 18-in buraxılışı ilə smartfonlarında yeni süni intellekt alətlərini təqdim edəcək.

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr