Bir həftə əvvəl Intel 13 və 14-cü nəsil Core prosessorları üçün anakart istehsalçılarına 129 mikrokod yeniləməsini göndərdi və indi ASUS və MSI müvafiq yenilənmiş ana platalarını buraxdı. Z790 anakartlarının və göstərilən çiplərin sahibləri problemi həll etmək üçün BIOS yeniləməsini quraşdırmalıdırlar.
Keçən il 13-cü nəsil Intel Core prosessorlarının sahibləri tərəfindən qeyri-sabit işləmələri ilə bağlı rəylər görünməyə başladı. Xüsusilə, oyunlarda heç bir səbəb olmadan ilişirdi və “Mavi Ölüm Ekranı” (BSOD) tez-tez baş veriridi. Daha sonra yeni 14-cü nəsil çiplərin sahibləri şikayət etməyə başladılar. Problem geniş miqyas alanda, Intel 2024-cü ilin yaz aylarında problemin üzərində aktiv işləməyə başladı.
Bir anda şirkət anakart istehsalçılarını səhv BIOS parametrlərinə görə günahlandırdı. Ancaq bu yaxınlarda Intel uğursuzluqların səbəbinin öz mikrokodunda olduğunu açıqladı. Məlum olub ki, səhv mikrokod alqoritmi prosessorun işləmə gərginliyinin artmasına səbəb olub.
ASUS ana platalarının sahibləri yenilənmiş BIOS-u korrektə edilmiş mikrokodla şirkətin rəsmi forumundan yükləyə bilərlər. MSI anakartlarının sahibləri hər bir xüsusi model üçün dəstək səhifəsində yeniləmə axtarmalıdırlar. Hələlik bu siyahıya MEG Z790 GODLIKE MAX, MEG Z790 ACE MAX, MPG Z790 CARBON MAX WIFI II, MPG Z790 CARBON WIFI, MAG Z790 TOMAHAWK MAX WIFI və Z790 MPOWER daxildir. Yaxın həftələrdə isə “upgrade” digər modellər üçün də əlçatan olacaq.
Fikirləriniz ?
