11 C
Баку
Понедельник, 23 декабря, 2024
spot_img

Bacara bilmədi. «Intel» şirkətinin baş direktoru 4 illik fəaliyyətindən sonra işdən çıxarıldı

Pat Gelsinger Intel səhmdarlarının gözləntilərini doğrulda bilmədi, nəticədə dekabrın 1-də baş direktor vəzifəsindən uzaqlaşdırıldı. Bazar bu xəbərə müsbət reaksiya verib və şirkətin yeni rəhbəri hələ açıqlanmayıb.

Pat Gelsinger 4 il baş direktor vəzifəsində qaldıqdan sonra şirkətin maliyyə vəziyyətini yaxşılaşdıra bilmədi. Təkcə bu ilin əvvəlindən Intel-in səhmlərinin qiyməti 50%-dən çox ucuzlaşıb. Bundan əlavə, korporasiyanın təxminən 50 milyard dollar məbləğində borcları var. İş o yerə çatdı ki, Qualcomm hətta Intel-i satın almaq imkanını da nəzərdən keçirdi, lakin indi son məlumatlara əsasən, şirkət bölmələrin yalnız bir hissəsini almaq istəyir.

Pat Gelsingerin işdən çıxarılması xəbəri ilə Intel səhmləri 5% bahalaşıb. Yeni baş direktor elan olunana qədər şirkətə baş maliyyə direktoru David Zinsner və baş məhsul direktoru Mişel Holthaus rəhbərlik edəcək.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr