YouTube-da fəaliyyət göstərən Hardware Canucks kanalının müəllifi NVIDIA-nın ən əlçatan mobil videokartı — GeForce RTX 5050 ilə AMD-nin müasir inteqrasiya olunmuş qrafik prosessorlarının (iGPU) performansını müqayisə edib. Testlərdə müxtəlif Lenovo IdeaPad Pro 5 noutbuk modelləri iştirak edib — həm Ryzen çipli hibrid versiyalar, həm də diskret qrafikalı modellər.
Nəticələr gözlənilən olub: daxili qrafika hələ də diskret videokartlarla rəqabət apara bilmir. Hətta AMD-nin ən güclü inteqrasiya olunmuş qrafikası Radeon 890M belə, RTX 5050-dən orta hesabla 2 dəfə geri qalır. Məsələn, Cyberpunk 2077 oyununda RTX 5050 103.8 fps, Radeon 890M isə 53.1 fps nəticə göstərib. Baldur’s Gate 3 oyununda isə bu fərq 112.5 fps və 44.8 fps olub. Bütün testlər 1200p təsvir ölçü və aşağı-orta qrafik ayarlar ilə aparılıb.
Bununla belə, daxili qrafikalı noutbuklar avtonomiya baxımından üstünlük təşkil edir. Məsələn, Radeon 860M ilə təchiz olunmuş model brauzer üzərində yüngül iş yükü testində 20 saat 37 dəqiqə, RTX 5050 ilə olan versiya isə 18 saat 19 dəqiqə nəticə göstərib. Oyunlarda isə hər iki versiya daha tez enerji sərf edib: 3 saat və 2 saat 40 dəqiqə.
Nəticə olaraq, daxili qrafika ilə müasir oyunları işə salmaq mümkündür, lakin hətta ən büdcəli diskret videokartlarla müqayisədə performans baxımından hələ də geridədir.
Fikirləriniz ?