Google Premium Lite başlanğıc tarif planını istifadəçilər üçün daha cəlbedici edib. Yaxın zamanda abunəliyin imkanları siyahısına videolara baxışı və musiqi dinləməyi daha rahat edən iki yeni funksiya əlavə olunacaq.
İndiyə qədər YouTube Premium Lite əsasən videoların əksəriyyətini reklamsız izləmək imkanı təqdim edirdi. Bu xüsusiyyət dəyişməz qalacaq. Lakin əlavə olaraq şirkət abunəliyə fon rejimində oxutma və videoları oflayn izləmək üçün yükləmə funksiyalarını da daxil edəcək.
Yeniliklər yaxın həftələrdə YouTube Premium Lite istifadəçiləri üçün aktiv olacaq.
Fikirləriniz ?




