İllinoys ştatında bir göldə dayver tərəfindən 200-dən çox Apple saatı tapılıb. Darick Langos adlı şəxs ştatın şimal-şərqindəki Chain O’Lakes bölgəsində çimərkən metal detektordan istifadə edərək ağıllı saatların “anbarlarını” tapıb. Onların bir çoxu hələ də fəaliyyət göstərir.
Peşəkar dayver Darick Langos ağıllı saat tupmağı biznesinin vacib hissəsi kimi təsvir edib. Tapılan Apple saatlarının əksəriyyəti hələ də şarjlıdır, lakin bir çoxu kilidlidir. Demək olar ki, hər bir model orijinal qayışla təchiz edilmişdir.
Lanqos əlavə edib ki, əgər sahibi itirilmiş Apple Watch-a “bu nömrəyə zəng et” mesajı göndərirsə, bu, ona sahibi ilə əlaqə saxlamağa və cihazı ona qaytarmağa imkan verir. Eyni zamanda o qeyd edib ki, mobil cihaz istehsalçılarının özləri tapılan saatları sahiblərinə qaytarmaqda maraqlı deyillər.
Dayver həmçinin qeyd edib ki, “Apple Watch” ən çox standart qayışlarla olur və idman qolbaqları ilə demək olar ki, rast gəlinmir. Bir neçə il ərzində o, çoxlu əşyalar, o cümlədən iPhone, qızıl üzüklər, eynəklər və s. tapıb.