Micron — operativ yaddaş, SSD və digər yaddaş həllərinin ən böyük istehsalçılarından biri — istehlakçı bazarından çıxdığını elan edib. Şirkət Crucial brendi altında istehsal olunan SSD-lər və RAM modullarının buraxılışını tamamilə dayandıracaq və biznesinin başqa istiqamətlərinə fokuslanacaq.
Rəsmi açıqlamaya görə, Micron bundan sonra səylərini İA texnologiyalarının hazırlanması ilə məşğul olan müştərilərin dəstəyinə yönəldəcək. Şirkət bildirib ki, bu qərar yaddaş və məlumat saxlanması sahəsində uzunmüddətli və gəlirli inkişaf istiqamətlərinə diqqəti əks etdirir.
Məlumat mərkəzləri sahəsində süni intellekt texnologiyalarının sürətli inkişafı yaddaş və məlumat saxlama sistemlərinə tələbatın kəskin artmasına səbəb olub. Micron, sürətlə böyüyən seqmentlərdə böyük strateji müştərilər üçün tədarükü və dəstəyi yaxşılaşdırmaq məqsədilə Crucial istehlakçı biznesindən çıxmaq kimi çətin qərar qəbul etdiyini bildirib. (Sümit Sadanа
Micron-un vitse-prezidenti və baş kommersiya direktoru)
Bununla belə, şirkət Crucial məhsullarının satışının 2026-cı ilin fevralına qədər davam edəcəyini açıqlayıb. Micron həmçinin keçid dövründə tərəfdaşlar və müştərilərlə sıx əməkdaşlıq edəcəyini, eləcə də artıq satışda olan Crucial məhsullarına dəstəyin və bütün zəmanət öhdəliklərinin qüvvədə qalacağını vurğulayıb.
Fikirləriniz ?



