Apple, Honor, HUAWEI, Meizu, Nubia, OPPO, Samsung və Vivo cihazları da daxil olmaqla, doqquz flaqman smartfonun müqayisəsi onlayn formatda izləyəcilərə sürət eksperimentində təqdim olundu. Onlardan biri əsas liderə
çevrildi, digəri isə əksinə nəzərəçarpacaq dərəcədə pis nəticə göstərdi.
Eksperiment bütün smartfonlarda 23 eyni tətbiqin ardıcıl olaraq işə salınmasından və bu tapşırığı yerinə yetirmək üçün onlara lazım olan vaxtın ölçülməsindən ibarət idi. Bundan sonra, cihazların prosesləri fonda davam etdirmək qabiliyyətini qiymətləndirmək üçün bütün proqramlar yenidən işə salındı.
Eksperiment nəticəslərini sizlərə həm siyahı, həm də şəkil formatında təqdim edirik:
1. Ən sürətli smartfon — “HUAWEI Pura 70 Ultra” oldu; ondan sonra gəlir
2. Vivo X100 Ultra;
3. Honor Magic6 Ultimate Edition;
4. Xiaomi 14 Ultra;
5. Apple iPhone 15 Pro Max;
6. Meizu 21 Pro;
7. Nubia Z60 Ultra;
8. OPPO Find X7 Ultra;
9. Samsung Galaxy S24 Ultra.
Konkret rəqəmlərdən danışsaq, HUAWEI Pura 70 Ultra ilk dəfə tətbiqləri işə salmaq üçün 86 saniyə və yenidən (ikinci dəfə) tətbiqə daxil olmaq üçün 43 saniyə, Samsung Galaxy S24 Ultra isə müvafiq olaraq 118 və 107 saniyə çəkdi. Test göstərdi ki, Samsung cihazı istisna olmaqla, bütün smartfonlar tətbiqləri yenidən işə salmaq üçün orta hesabla yarım vaxtını tələb edirdi. Problemin daha çox RAM (Galaxy S24 Ultra üçün 12 GB və digərləri üçün 16 GB) olduğunu güman etmək olardı, əgər 8 GB RAM ilə iPhone bu testdə iştirak etməsəydi.
Çoxları “One UI 7”-nin buraxılması ilə Samsung cihazlarının istifadəçilərinin vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını gözləyir.
Fikirləriniz ?
