Almatıda yanvarın 22-dən 23-nə keçən gecə sakinlər güclü zəlzələ hiss ediblər. Google hadisənin başlamazdan bir neçə dəqiqə əvvəl 6,2 bal gücündə yeraltı təkanların gözlənildiyi barədə xəbərdarlıq edib. Bununla belə, bildiriş yalnız Android platformasındakı smartfonlara gəlib, iPhone sahibləri isə Fövqəladə Hallar Departamentindən bir neçə saat sonra gələn SMS bildirişini gözləməli olublar. Orda.kz redaktorları bunun nə üçün baş verdiyini anlayıblar.
Android əməliyyat sistemi ilə işləyən smartfon sahibləri zəlzələdən bir neçə dəqiqə əvvəl saat 00:09-da 6,2 bal gücündə zəlzələ olacağı xəbərdarlığı ilə oyandırılıb.
iPhone sahibləri heç bir xəbərdarlıq almadılar, baxmayaraq ki, iOS-da da bu funksiya var və onu əvvəlcədən aktivləşdirmək mümkündür. Rəsmi Apple saytında fövqəladə xəbərdarlıqların və hökumət həyəcan siqnallarının necə qurulacağına dair ətraflı təlimatlar var.
Amma Qazaxıstanda bu funksiya işləmir. Niyə, bununla bağlı iki versiya var. Birincisi: Apple Qazaxıstanda rəsmi olaraq mövcud deyil. (Azərbaycanda həmçinin) İkincisi: bu xidmət yalnız “inkişaf etmiş ölkələrdə” işləyir, korporasiyaya görə, Qazaxıstan hələ ki, onlara aid deyil.
Bu məsələ ilə bağlı ətraflı video hazırlayıb sizlərə təqdim edəcəyik