Öz telefonlarını istehsal edən dünyanın ən dəyərli şirkətlərindən birinin rəhbəri hansı smartfondan istifadə edir? “Pixel” cavab versəniz, yanılacaqsınız. Ən azından cavabınız tam düzgün olmayacaq, çünki bu, bir çox cihazdan yalnız biridir.
Bu yaxınlarda müsahibə zamanı Google-un baş direktoru Sundar Piçaydan şəxsi smartfonu haqqında sual verilmişdi. Bu suala gözlənilmədən, “eyni vaxtda 20 (iyirmi)-dən çox müxtəlif cihazdan istifadə edirəm” cavabını verdi.
Piçainin sözlərinə görə, Google-un rəhbəri kimi o, şirkətin məhsullarının (tətbiqlərin) müxtəlif cihazlarda yaxşı işlədiyinə əmin olmalıdır. O, hansı model smartfonlardan istifadə etdiyini dəqiqləşdirməyib. Və onun gündəlik olaraq hansı cihazdan istifadə etdiyi bəlli olmadı.
Övladlarının ekran qarşısında nə qədər vaxt keçirməsi ilə bağlı olan suala isə Google CEO-su sərt qaydalar deyil, şəxsi məhdudiyyətlər qoymağın vacib olduğunu söylədi. O, həmçinin parolları tez-tez dəyişdirmədiyini, əksinə şəxsi məlumatları qorumaq üçün iki faktorlu autentifikasiyadan istifadə etdiyi haqqında danışdı.