Mobile World Congress 2026 çərçivəsində Honor, peşəkar kino texnikası istehsalçısı ARRI ilə strateji əməkdaşlıq etdiyini elan edib. Məqsəd ARRI-nin Image Science texnologiyalarını yeni Honor Robot Phone daxil olmaqla mobil cihazlara gətirməkdir.
100 ildən artıq təcrübəyə və 20 elmi-texniki “Oscar” mükafatına sahib ARRI ilk dəfə əsas görüntü texnologiyalarını kütləvi smartfona inteqrasiya edəcək.
Bu əməkdaşlıq sayəsində smartfonlarda daha təbii rəng ötürülməsi, işıq və kölgələrin daha dəqiq emalı və daha dərin kadr effekti hədəflənir. İlk nəticələr robotlaşdırılmış qola malik kamera ilə təchiz olunacaq Honor Robot Phone modelində təqdim ediləcək.
Fikirləriniz ?



