11 C
Баку
Суббота, 19 апреля, 2025
spot_img

İddia: Google bu il Android üçün böyük dizayn yeniləməsi planlaşdırır

Görünür, bu il yalnız Apple deyil, Google da öz mobil əməliyyat sisteminin böyük dizayn yeniləməsini planlaşdırır. “Android Authority”dən Mishaal Rahman “Android 16” versiyası ilə birlikdə “Material Design” adlı dizayn dilinin üçüncü nəslinin təqdim olunacağına dair işarələr aşkarlayıb.

“Material Design” konsepti ilk dəfə 2014-cü ildə təqdim olunmuşdu, 2021-ci ildə isə Google fərdi istifadəçiyə uyğun rəng akseptləri təqdim edən “Material You” yeniləməsini buraxmışdı. Mishaal Rahman bildirir ki, artıq bu ilin may ayında keçiriləcək Google I/O 2025 konfransında “Material Design”ın növbəti nəsli təqdim olunacaq.

“Android Authority” əməkdaşı GitHub-da yerləşən “Material Components Android” kitabxanasında Google mühəndisi Michael Winkler-in yeni “Material3Expressive” adlı mövzu ilə bağlı paylaşımına rast gəlib. Material Design üzərində çalışan bu mühəndis yazıb:
“Material dizayn daha ifadəli xüsusiyyətlər əlavə etməklə, tərtibatçılara tətbiqləri daha maraqlı etməyə imkan verəcək üsullar üzərində eksperimentlər aparır. Yeniləmələr və tövsiyələr üçün bizi izləyin!”

Mishaal Rahman bu mövzu ilə bağlı Google-dan şərh almağa çalışsa da, şirkət gözlənildiyi kimi heç bir açıqlama verməyib. Buna baxmayaraq, insayder əmindir ki, yeni dizayn 20 mayda başlayacaq Google I/O 2025 tədbirində rəsmi olaraq təqdim olunacaq.

Fikirləriniz ?

Предыдущая статья

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr