Infinix, şirkətinin ilk qatlanan smartfonunu təqdim etdi — “ZERO Flip”. Smartfon 3,64 düym diaqonallı nisbətən böyük xarici displey əldə edib, Android 16-a vəd edilmiş yeniləmə ilə üç illik dəstək və 400.000 qatlanma ömrü ilə bazara daxil olub.
Infinix ZERO Flip, 1080×2640 piksel təsvir ölçüsünə və 120Hz yeniləmə tezliyinə malik 6,9 düymlük daxili AMOLED ekrana sahibdir. PWM tezliyi 2160 Hz, pik parlaqlıq 1400 nitdir. Xarici displey 3,64 düym diaqonal, 1056×1066 piksel təsvir ölçüsü və 120 Hz yeniləmə sürətinə malikdir. Xarici displey Corning Gorilla Glass Victus 2 ilə qorunur və 1100 nit-ə qədər pik parlaqlıq nəticəsini təqdim edir. Cihazın açıq şəkildə olan zaman ölçüləri 170,35 x 73,4 x 7,64 mm, qatlananda isə 87,49 x 73,4 x 16,04 mm təşkil edir.
Əsas kamera 50 meqapikseldir — bu, optik stabilizasiyaya malik Samsung ISOCELL GN5 sensorudur. Həmçinin avtofokuslu ön kamera və ultra geniş kamera da var — hər biri 50 meqapikseldi. Aparat platforması MediaTek Dimensity 8020 prosessoru, 8 GB operativ yaddaş və 512 GB daimi yaddaşa əsaslanır. Həmçinin 70 vatt sürətli və 10 vatt tərs doldurulmanı dəstəkləyən 4720 mAs batareya həcminə sahibdir.
Smartfon Android 14 əməliyyat sistemi ilə işləyir və gələcəkdə Android 16-a yenilənməlidir. Açılıb-bağlama mexanizmin ömrü 400 000 qatlama olaraq göstərilib və digər xüsusiyyətlərə Wi-Fi 6, Bluetooth 5.4, NFC və JBL stereo dinamikləri qeyd edilir. Smartfon dünya bazarına 599 dollar qiymətlə daxil olub.
Fikirləriniz ?