Etibarlı qeyri-rəsmi məlumatlar mənbəyi kimi özünü təsdiqləyən “Ice Universe” adlı texnobloqqer qarşıdan gələn “iPhone 16 Pro Max” haqqında maraqlı detallar dərc edib. Onun sözlərinə görə, yeni məhsulun fərqləndirici xüsusiyyəti həqiqətən çərçivəsiz dizaynın olmasıdır.
İnsayder tərəfindən dərc edilən təsvirdə çox nazik çərçivələrə malik gələcək yeni məhsulun ekranı üçün qoruyucu şüşə göstərilir. Eyni mənbədən bir rəsmə görə, onların eni yalnız 1,15 mm olacaq. Müqayisə üçün qeyd edək ki, indiki iPhone 15 Pro Max modelin çərçivələri 1,55 mm-dir.
Texniki xüsusiyyətlər baxımından iPhone 16 Pro Max haqqında hələ çox şey məlum deyil. Smartfon 6,9 düymlük ekran və ən son Apple A18 Pro prosessoru ilə təchiz olunacağı gözlənilir. Yeni iPhone-ların bütün seriyasının təqdimatı bu payızda keçirilməsi planlaşdırılır. Qeyri-rəsmi məlumatlara əsasən isə artıq 10 sentyabr tarixində təqdim olunacağı gözlənilir.
Fikirləriniz ?
