Reddit-də Logitech-in G və G Pro seriyalarına aid olan məşhur oyun mouselarını yeniləməyə hazırlaşdığı barədə insayder məlumatı yayılıb. Mənbənin sözlərinə görə, söhbət tamamilə yeni aksesuarlardan deyil, artıq məşhurlaşmış simsiz modellərin yenilənməsindən gedir.
Qeyri-rəsmi məlumatlara əsasən, Logitech G Pro X Superlight 2C modeli G Pro X Superlight mouse-nin kiçildilmiş versiyası olacaq. Bildirilir ki, bu yenilik Hero 2 sensoru ilə təchiz olunacaq və 8000 Hz-ə qədər sorğu tezliyini, eləcə də Lightforce düymə keçidlərini dəstəkləyəcək. Yeni siçanın gözlənilən enerji tutumu 95 saata qədər olacaq, çəkisi isə cəmi 53 qram təşkil edəcək (bu da “əvvəlki” modeldən təxminən 15% daha azdır).
Mənbə, G305 Superlight Trek modelinə yüngülləşdirilmiş korpus və yeni ağ rəng tətbiq olunacağını iddia edir, lakin texniki xüsusiyyətlər barədə məlumat verilmir. Bundan əlavə, şirkətin G502 Hero adlı klassik naqilli modelinin yeni bənövşəyi və çəhrayı rənglərdə əlavə partiyasını buraxacağı da söylənilir. Yeniliklərin satış tarixi və qiymətləri barədə hələ ki, məlumat yoxdur.
Fikirləriniz ?