29 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

IOS 18 — iPhone tarixində ən böyük proqram yenilənməsi olacaq

Mənbələrə görə, qarşıdan gələn iOS 18 iPhone tarixində ən böyük proqram yeniləməsi ola bilər. Bloomberg jurnalisti Mark Qurmanın sözlərinə görə, Apple tərtibatçılarının iOS 18 üçün böyük planları var və artıq bu payızda yeni proqram təminatı uyğun cihazların istifadəçiləri üçün əlçatan olacaq.

“Mənə dedilər ki, yeni əməliyyat sistemi şirkət tarixində ən böyük iOS yeniləmələrindən biri olacaq”. deyə Qurman bildirib.

O, həmçinin iOS 18-də görünməli olan spesifik dəyişikliklər və funksiyalar haqqında daha ətraflı məlumat paylaşmaq planları haqqında yazıb.

Qurmanın sözlərinə görə, iOS 18 süni intellekt texnologiyalarından, o cümlədən generativ alqoritmlərdən istifadə etməklə Siri səsli köməkçisi üçün əhəmiyyətli yeniliklər gətirəcək. O, həmçinin qeyd edib ki, Apple süni intellekt alqoritmlərini Apple Music, Pages, Keynote və Xcode daxil olmaqla digər proqramlara inteqrasiya etmək imkanlarını araşdırır.

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr