Bloomberg analitiki Mark Qurman gələcək Apple noutbuk modelləri haqqında yeni hesabat dərc edib. Onun sözlərinə görə, yeni məhsullar sələflərindən mühüm fərqə malik olacaq — yeni M4 prosessoru ilə birlikdə onlar öz rəqiblərinə oxşar süni intellekt funksiyaları dəstini əldə edəcəklər.
Mənbənin sözlərinə görə, Apple artıq M4 prosessorlarının istehsalına başlamağa yaxındır. O, bir neçə konfiqurasiyada təqdim olunacaq — giriş səviyyəli model (kod adı Donan), orta səviyyəli model (Brava) və maksimum performansa malik üst səviyyə model (Hidra). Onların hamısı qabaqcıl süni intellekt imkanlarını alacaq, lakin belə funksiyaların dəqiq siyahısı hələ ki, məlum deyil.
M4 bazasının giriş səviyyəli MacBook Pro, MacBook Air və daha sərfəli Mac Mini-ni gücləndirəcəyi gözlənilir. Brava versiyası daha yüksək spesifikasiyalara malik MacBook Pro, Mac Mini və Mac Studio ilə təchiz ediləcək, flaqman Mac Pro isə Hidra bazasında qurulacaq.
Yeni Apple noutbuklarının dəqiq buraxılış tarixi hələ məlum deyil. Analitik hesab edir ki, yeni məhsulların bəziləri bu il bazara çıxacaq, qalanları isə 2025-ci ilin əvvəlində təqdim olunacaq.
Fikirləriniz ?