Bloomberg-də çalışan məşhur insayder Mark Gurman-ın məlumatına görə, gələcək qatlanan iPhone iki birləşdirilmiş iPhone Air-i xatırlada bilər: incə korpus, düz kənarlar və titandan hazırlanmış çərçivə. O, cihazla bağlı digər detalları da paylaşıb.
İnsayderin sözlərinə görə, qapalı vəziyyətdə qalınlıq təxminən 9–9,5 mm, açıq vəziyyətdə isə cəmi 4,5 mm olacaq. Daxili ekranın diaqonalı 7,8 düym olacaq və qat izi minimum görünəcək, xarici ekran isə təxminən 5,5 düym olacaq.
Şirkət əsas diqqəti konstruksiyanın möhkəmliyinə yönəldir. Korpusda və menteşədə titan və paslanmayan poladdan istifadə etilməsi dayanıqlığı artırmalı, mexanizmdə əlavə metal plitə isə yükü ekrana bərabər paylamalıdır. Şayiələrə görə, Apple hətta rəqiblərin əsas problemlərindən biri olan təmir olunma imkanını yaxşılaşdırmağı da hədəfləyir. Bundan əlavə, korpusun daxilində yerə qənaət etmək üçün Face ID texnologiyasının əvəzlənərək yan düyməyə inteqrasiya olunmuş Touch ID ilə əvəzlənməsi mümkündür.
Amma qiymət seqmentdə ən yüksək olanlardan biri vəd edilir: 2000–2300 ABŞ dolları aralığında. Proqnozlara əsasən, qatlanan iPhone-un təqdimatı 2026-cı ilin sonlarından tez olmayacaq.
Fikirləriniz ?



