”Marshall” şirkəti yeni kabelsiz “Major V” qulaqlıq modelini və yığcam TWS qulaqlıqları “Minor IV” modelini təqdim etdi. Hər iki aksesuar dəri bəzəkli qara rəngdə mövcuddur, ondan əlavə yüksək keyfiyyətli səs və uzun müddət enerji saxlaya bilən batareyanı əldə edib.
Marshall Major V — çox keyfiyyətli, fon səs-küyünü azaldan xüsusi tənzimlənmiş dinamiklərə malikdir. Yeni məhsulun digər üstünlüyü onun uzun işləmə müddətidir ki, şirkətin məlumatına görə, batareyanın bir doldurumundan qulaqlıqlar təxmini 100 saat çalışa bilər.
Kompakt Marshall Minor IV isə məlumatına əsasən, əvvəlki modellə müqayisədə səs keyfiyyətini “təkmilləşdirdi”. Qulaqlıqlar tozdan və nəmdən qoruma sertifikanı malikdir və onların elan edilmiş işləmə saatı daxil olan powerbank qutusundan doldurulması nəzərə alınmaqla 30 saata qədərdir.
İstehsalçı Marshall Major V-ni 160 dollara, Minor IV-ü isə 148 dollara qiymətləndirib. Hər iki model ABŞ-da öncədən sifariş üçün mövcuddur və aprelin 23-də rəsmi satışa çıxarılacaq.
Fikirləriniz ?