30 C
Баку
Суббота, 19 июля, 2025
spot_img

Mobil Intel Core Ultra 5 245HX masaüstü analoqundan daha sürətli oldu

 İnternetdə “Intel Core Ultra 5 245HX” mobil prosessorunun test nəticələri ortaya çıxıb və bu nəticələr onun “böyük qardaşı” ilə müqayisədə gözlənilməz üstünlüklərini göstərib. PassMark bənçmarkında mobil çip performans baxımından masaüstü versiyasını geridə qoyub.

Yayımlanan test nəticələrinə görə, Intel Core Ultra 5 245HX birnüvəli testdə 4709, çoxnüvəli testdə isə 41 045 xal toplayıb. Müqayisə üçün — eyni bənçmarkda masaüstü Core Ultra 5 245 modelinin nəticələri 4409 və 37 930 bal olub. Beləliklə, mobil çipin orta performans səviyyəsi təxminən 7% daha yüksəkdir.

Bundan əlavə, Core Ultra 5 245HX özündən əvvəlki modelləri də geridə qoyub: birnüvəli testdə Intel Core i5-14500-dən 19%, çoxnüvəli testdə isə 30% daha sürətli olub. Mobil Core i5-14500HX ilə müqayisədə fərq daha böyükdür — birnüvəli rejimdə 30%, çoxnüvəli rejimdə isə 41% daha yüksək nəticə göstərib.

Bundan əlavə, yeni çip həm birnüvəli, həm də çoxnüvəli testlərdə oyunlar üçün ən yaxşı prosessorlardan biri hesab edilən flaqman AMD Ryzen 7 9800X3D-ni də geridə qoyub. Yeni prosessorun texniki xüsusiyyətləri belədir: maksimal tezlik — 5,1 GHz, 6 P nüvə və 8 E nüvə, turbo rejimdə güc limiti — 160 Vt (masaüstü versiyada bu göstərici 121 Vt-dır).

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr