30 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

Motorola Edge (2024) təqdim edildi: Snapdragon prosessor, Sony kamerası və sürətli enerji doldurma ilə

Motorola şirkəti “Motorola Edge” smartfonunun yenilənmiş versiyasını təqdim edib. Yeni cihaz keçən ilki modeli ilə müqayisədə bir sıra təkmilləşdirmələr əldə edib: batareya tutumu və performansı artırıb.

Yeni Motorola Edge (2024) Full HD+ təsvir ölçüsü və 144Hz yeniləmə tezliyi (360Hz sensor) olan 6,6 düymlük pOLED ekranla təchiz edilib. Prosessor modeli isə burada 8 GB RAM və 256 GB əsas yaddaşı ilə tamamlanan Snapdragon 7 Gen 2-ə dəyişdi.

Qoşa arxa kameraya 50 meqapiksellik əsas Sony LYTIA 700C sensoru və 13 meqapiksellik ultra geniş bucaqlı modul daxildir, selfilər və videozənglər üçün isə 32 meqapiksellik ön kamera mövcuddur. İstifadəçilər həmçinin Magic Eraser, Photo Unblur və Magic Editor daxil olmaqla, Google-un ağıllı foto redaktə xüsusiyyətlərindən istifadə edə biləcəklər.

Smartfonun akkumulyatorunun tutumu əvvəlki model ilə müqayisədə 4400 mA/s-dan 5000 mA/s-dək artırılıb, 68 Vt gücündə naqilli enerji doldurma və 15 Vt gücündə simsiz enerji doldurma dəstəyi mövcuddur. Bundan əlavə, Motorola Edge (2024) proqramları tez işə salmaq və ya müəyyən funksiyaları yerinə yetirmək üçün istifadə edilə bilən xüsusi proqramlaşdırıla bilən düymə ilə təchiz edilmişdir.

Motorola Edge (2024) ABŞ-da qara rəngdə 550 dollara öncədən sifariş üçün artıq mövcuddur. Satışların başlanması isə iyunun 20-nə nəzərdə tutulub.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr