Son zamanlar 13 və 14-cü nəsillərin masaüstü Intel Core çipləri dəfələrlə məhsullarının keyfiyyəti ilə bağlı qalmaqalların mərkəzində olublar. İstehlakçı kompüterlərinin yığılması və satışı ilə məşğul olan “Puget Systems” şirkətinin mütəxəssisləri vəziyyəti araşdırmağı öhdələrinə götürdülər. Araşdırmaya əsasən, Intel rəqibi ilə müqayisədə heç də pis görünmür.
Nəşr edilmiş statistik məlumatlara görə, problemli Core prosessorlarının sıradan çıxma sayı həqiqətən də 12 və 10-cu nəsil modellərdən daha çoxdur. Ancaq hər şey nisbidir: məsələn, 11-ci nəsil çipləri daha acınacaqlı statistikanı göstərdi. Ryzen 5000 və Ryzen 7000 seriyalı AMD prosessorları bu göstəricidə yeni Intel modellərini iki dəfədən daha da çox “üstələdi”. Yəni brak sayı iki dəfə dən daha da çox idi.
Mütəxəssislər, Intel Core çiplərinin son iki nəslinin uğursuzluğunun əsas səbəbinin defolt olaraq aktivləşdirilmiş “Multicore Enhancement” funksiyası olan ana plataların yanlış zavod parametrləri olduğunu deyirlər. Bu, müəyyən edilmiş spesifikasiyalardan kənarda CPU-nun avtomatik overclock edilməsinə gətirib çıxarır.
“Puget Systems” qeyd edir ki, onlar öz kompüterlərini AMD və Intel tövsiyələrinə uyğun olaraq konfiqurasiya edir və hazır montajları sınaqdan keçirirlər. Buna görə də şirkət, onun sözlərinə görə, müxtəlif marka və nəsillərin prosessorlarının nasazlığı ilə bağlı “daha obyektiv” statistika əldə edə bilib.
Fikirləriniz ?