30 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

POCO ilk planşetini təqdim etdi — Snapdragon 7s prosessor, böyük ekran və həcmli batareya ilə

Yeni POCO F6 seriyalı smartfonlarla yanaşı, marka ilk planşetnin satışa çıxarıldığını da elan etdi. POCO Pad böyük diaqonal ekrana, güclü audio sistemə, Qualcomm prosessoruna və yüksək tutumlu batareyaya malikdir.

POCO Pad 2560×1600 piksel təsvir ölçülü 12 düymlük LCD displeylə təchiz edilib, ondan əlavə 120 Hz yeniləmə tezliyinə, 600 nita qədər parlaqlığa və Dolby Vision dəstəyinə malikdir. Ekran temperli şüşə Gorilla Glass 3 ilə örtülmüşdür.

Yeni POCO Pad 2,4 GHz tezliyində işləyən və AnTuTu-da təxminən 600 min bal toplayan 4nm Snapdragon 7s Gen 2 prosessoru ilə təchiz edilib. Planşetin 8 GB RAM-ı var və 256 GB əsas yaddaşı.

Daxili batareyanın tutumu 10.000 mAs-dir. 33 vatt şarj dəstəyi var. Əsas kamera cəmi 8 meqapikseldir və 30 kadr sürətlə Full HD video çəkilişini dəstəkləyir. Planşet Android 14 əsasında HyperOS ilə işləyir.

Planşetin qiyməti 329 dollardır. Əlavə klaviaturası 79 dollara, stilus isə 59 dollara təklif olunur.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr