WhatsApp tərtibatçıları messencerin mobil versiyasında reklamların və pullu abunəliklərin tətbiq olunacağını elan ediblər. Onlar istifadəçilərin reklam elanlarını harada görəcəklərini açıqlayıblar və bu yenilikləri nümayiş etdiriblər.
Reklamlar WhatsApp-ın “Status” bölməsində görünəcək. Şirkət nümayəndələrinin sözlərinə görə, reklamların seçimi üçün istifadəçilər haqqında müəyyən məlumatlardan istifadə olunacaq: ölkə, şəhər, dil, əvvəl maraq göstərilən elanlar, eləcə də istifadəçinin abunə olduğu kanallar.
Kanallar da yaxın zamanda yenilənəcək: müəlliflər onları platforma daxilində tanıda və pullu abunəlik sistemi tətbiq edə biləcəklər. Məsələn, kontentin bir hissəsi pulsuz, digər hissəsi isə yalnız müəyyən tarifə abunə olduqdan sonra əlçatan olacaq və ödəniş tətbiq mağazası vasitəsilə həyata keçiriləcək.
WhatsApp-ın məhsullar üzrə vitse-prezidenti Elis Nyuton Reksin sözlərinə görə, ilkin mərhələdə abunələrdən əldə olunan bütün gəlir müəlliflərə çatacaq, lakin sonradan şirkət 10 faizlik komissiya tətbiq etməyi planlaşdırır. Tərtibatçıların sözlərinə əsasən, “Status” və kanallardan gündəlik 1.5 milyarddan çox insan istifadə edir və bu yeniliklər yaxın aylarda bütün dünyada tətbiq olunacaq.
Fikirləriniz ?
