Süni intellekt üzrə startap Rabbit şirkəti CES 2024 sərgisində neyron şəbəkələrə əsaslanan alqoritmlərdən istifadə etməklə mobil proqramlarla qarşılıqlı əlaqə yaratmaq üçün nəzərdə tutulmuş R1 cihazını təqdim etdi. İndi startap elan etdi ki, təqdimatdan sonra cəmi bir gün ərzində qiyməti 199 dollar olan 10 mindən çox R1 cihazı satılıb. Müvafiq mesaj X sosial şəbəkəsindəki Rabbit hesabında (keçmiş Twitter) göründü.
“R1-i yaradanda özümüzə dedik ki, təqdimat günündə 500 ədəd satsaq, xoşbəxt olacağıq. 24 saat ərzində biz artıq bu rəqəmi 20 dəfə keçməyə bacarmışıq!”
R1 cihazın özünə gəlincə, onun dizaynına 2,88 düymlük displey, foto və video çəkmək üçün fırlanan kamera, naviqasiyaya və daxili süni intellekt köməkçisi ilə qarşılıqlı əlaqəyə kömək edən sürüşdürmə çarxı daxildir. Mövcud məlumatlara görə, R1-in aparat əsasını 2,4 GHz-lik Mediatek prosessoru təşkil edir, 4 GB operativ və 128 GB əsas yaddaşa malikdi. Proqram platformasının rolunu inteqrasiya olunmuş süni intellekt alqoritmləri olan Rabbit OS oynayır.
İstehsalçının sözlərinə görə, yeni məhsulun tədarükü bu ilin aprel-may aylarında başlayacaq. İlk partiyadan R1 sifariş etməyi bacaranlar üçün isə cihaz mart ayında təhvil veriləcək.