29 C
Баку
Пятница, 22 августа, 2025
spot_img

«Samsung Galaxy A17″in hər iki versiyasının qiymətləri təqdimatdan əvvəl dərc edildi

Gözlənilən təqdimatdan qısa müddət əvvəl Samsung-un büdcəli smartfonu EPTO e-ticarət platformasının verilənlər bazasında görünüb. Bunun sayəsində cihazın Avropa bazarı üçün nəzərdə tutulmuş hər iki versiyasının (4G və 5G) müxtəlif yaddaş konfiqurasiyalarında gözlənilən pərakəndə qiymətləri məlum olub.

Mənbənin məlumatına görə, Galaxy A17 5G (8/256 GB) qara, boz və mavi rənglərdə €319 qiymət etiketi ilə satışa çıxacaq. EPTO smartfonun xüsusiyyətlərini açıqlamasa da, yayılan məlumatlara əsasən cihaz Full HD+ təsvir ölçülü və 120 Hz yenilənmə tezlikli AMOLED ekran, Exynos 1380 prosessoru və 25 vatt sürətli enerji yığmanı dəstəkləyən 5000 mAh batareya ilə təchiz ediləcək. Arxa kameraya isə 50 MP əsas sensor (OIS), 5 MP ultra-geniş bucaqlı modul və 2 MP makro modul daxil olacaq.

4G versiyasının isə eyni xüsusiyyətlərə malik olacağı, yalnız prosessorun MediaTek Helio G99 modeli ilə əvəzlənəcəyi gözlənilir. Bu modelin Avropa bazarında 8/256 GB yaddaşlı versiyasının qiyməti €289 təşkil edəcək. Rəng seçimləri — boz, qara və göy olacaq. Smartfonun təqdimat tarixi isə hələlik rəsmi olaraq açıqlanmayıb.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr