Galaxy Buds 3 FE TWS qulaqlıqları gözlənilmədən Samsung-un Latın Amerikası versiyalı saytında brendin kataloqunda görünüb. Bir qədər sonra məhsulun səhifəsi saytdan çıxarılıb — lakin internet heç nəyi unutmur, buna görə də aksesuarın pərakəndə qiyməti artıq şəbəkədə yayılıb.
Saytdan “sızdırılan” rəsmi renderlərə əsasən, Galaxy Buds 3 FE qulaqlıqları əsas Galaxy Buds 3 modelinə bənzəyir, lakin Pro versiyada olduğu kimi silikon ucluqlarla təchiz olunub. Qulaqlıqlar şəffaf üst qapaqlı şarj qutusunda təqdim olunub və iki klassik rəngdə – qara və ağ rənglərdə olacaq.
Yeni modelin texniki xüsusiyyətləri saytda açıqlanmayıb — yalnız şarj gücü məlum olub: qulaqlıqlar üçün 1 Vt, şarj qutusu üçün isə 4.5 Vt. Məhsul səhifəsi yayımlandığı zaman Galaxy Buds 3 FE-nin qiyməti 129 dollar olaraq göstərilib, bu isə birinci nəsil modeldən 30 dollar baha deməkdir. Yeniliyin rəsmi təqdimat tarixinin nə vaxt olacağı isə hələ məlum deyil.
Fikirləriniz ?
