7 C
Баку
Четверг, 10 апреля, 2025
spot_img

«Samsung Galaxy Ring» smart üzüyü haqqında ilk rəsmi təfərrüatlar

“Galaxy Unpacked” tədbiri zamanı Samsung daha bir yeni məhsulunu təqdim etdi – söhbət “Galaxy Ring” ağıllı üzükdən gedir. Şirkət detalları açıqlamayıb və yalnız kiçik tizer nümayiş etdirib. Galaxy Ring haqqında hələ çox məlumat yoxdur. Məlumdur ki, qurğu mövcud “Oura” və “Evie” oxşar üzüklərlə rəqabət aparacaq və buna görə də çox güman ki, oxşar imkanlara sahib olmalıdıt. Bunlara ürək döyüntülərinin izlənməsi, yuxu statistikası, bədən istiliyinin ölçülməsi, məşq proqramları və s. daxildir.

İstehsalçı yeni məhsulun təqdimat tarixini də açıqlamayıb, sadəcə onun yaxın gələcəkdə baş tutacağına işarə edib.

Ağıllı üzüyün təsvirində də heç bir əlavə məlumat vermir: ondan biz mühakimə edə bilərik ki, Galaxy Ring-in korpusu çox güman ki, metaldan olacaq və onun daxilində sağlamlıq göstəricilərini oxumaq üçün sensorlar olmalıdır.

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr