Samsung “Galaxy S25 Edge” modelinin təqdimatı ilə bağlı yayılan şayiələrə nöqtə qoydu. Şirkət rəsmi təqdimat tarixini təsdiqləyən teaser videosunu yayımlayıb və məlum olub ki, yeni flaqmanın nümayişinə çox az vaxt qalıb.
Promomateriala əsasən, “Galaxy S25 Edge” 12 may tarixində təqdim olunacaq. Tədbir tamamilə onlayn formatda keçiriləcək və Bakı vaxtı ilə saat 03:00-da YouTube-da canlı yayımlanacaq. Bəzi ölkələrdə əvvəlcədən sifarişlər artıq açılıb.
“Galaxy S25 Edge” modelinin əsas xüsusiyyətləri seriyadakı ən nazik korpus və 200 meqapiksellik kamera olacaq. Şirkət həmçinin bu yeni modelin geniş süni intellekt imkanlarına sahib olacağını da bildirib. Qurğunun qiyməti hələlik açıqlanmayıb, lakin şayiələrə görə 256 GB yaddaşa sahib versiya üçün başlanğıc qiymət €1361 olacaq.
Fikirləriniz ?
