Galaxy S26 seriyalı smartfonlar premyeradan demək olar ki, dərhal sonra bloqerlərin əlinə keçib. Onlardan biri Snapdragon çipli yeni “Ultra” modeli ilə Exynos prosessorlu baza modellərdən birini müqayisəli şəkildə test edib. Məlum olub ki, sonuncunun sahibləri üçün ciddi narahatlıq səbəbi yoxdur.
GadgetsBoy ləqəbli bloqerin apardığı Geekbench 6 testlərinin nəticələrinə görə, Snapdragon 8 Elite Gen 5 for Galaxy bazalı flaqman tək nüvəli testdə 3670, çoxnüvəli testdə isə 10 981 xal toplayıb. OpenCL testində isə nəticə 24 152 xal olub.
Exynos 2600 prosessoru ilə təchiz olunmuş modelin (baza və ya Plus versiya olduğu dəqiqləşdirilmir) eyni testlərdə nəticələri müvafiq olaraq 3105, 10 444 və 24 240 xal təşkil edib. Beləliklə, orta hesabla Qualcomm çipi 18,2% daha sürətli olub, lakin real istifadə ssenarilərində bu fərq sintetik testlərdə göründüyü qədər nəzərə çarpmaya bilər.
Bundan əlavə, rəqibi ilə müqayisədə Exynos 2600 nəzəri olaraq daha sürətli qrafik prosessora malikdir. Onun imkanları barədə daha ətraflı məlumat ilk müstəqil icmallar dərc edildikdən sonra məlum olacaq.
Fikirləriniz ?




