28 C
Баку
Пятница, 22 августа, 2025
spot_img

Samsung-un One UI 8 yeniləməsi alası smartfonlarının siyahısı dərc olunub

İlk olaraq One UI 8 yeniləməsini yaxın zamanda təqdim olunan qatlana bilən flaqmanlar – Galaxy Z Fold7, Galaxy Z Flip7 və Galaxy Z Flip7 SE alıblar. Lakin bildirilir ki, Samsung yeni proqram təminatının versiyasını daha 39 model üçün də sınaqdan keçirir.

Yaxın zamanda sabit One UI 8 versiyasını alacaq modellərin siyahısı:

Galaxy S25, S25+, S25 Ultra, S25 Edge
Galaxy S24, S24+, S24 Ultra, S24 FE
Galaxy S23, S23+, S23 Ultra, S23 FE
Galaxy S22, S22+, S22 Ultra
Galaxy Tab S10, S10+, S10 Ultra
Galaxy Tab S9, S9+, S9 Ultra
Galaxy A56, A55, A54, A53, A36, A35, A34, A33
Galaxy Z Flip 6, Fold 6
Galaxy Z Fold 5, Flip 5
Galaxy Z Fold 4, Flip 4
Galaxy M36, M35
Galaxy F34, F15

Bu modellər üçün One UI 8-in testləri artıq başlayıb. Amma ictimai beta versiyasına yalnız Galaxy S25 seriyası giriş əldə edib. Digər modellərdə isə sınaqlar yalnız şirkət daxilində aparılır və geniş istifadəçilər üçün hələ əlçatan deyil.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr