8 C
Баку
Суббота, 13 декабря, 2025
spot_img

Samsung W26 təqdim olundu: Galaxy Z7-nin premium versiyası

Samsung şirkəti Çin bazarı üçün nəzərdə tutulmuş Galaxy Z Fold7-nin xüsusi versiyası olan Samsung W26 qatlana bilən smartfonunu təqdim edib. Yeni model orijinal versiyadan həm dizayn, həm də yaddaş konfiqurasiyası baxımından fərqlənir.

Korpus qalınlığı baxımından cihaz tamamilə “əcdadını” təkrarlayır: qatlanmış vəziyyətdə 8,9 mm, açılmış vəziyyətdə isə 4,2 mm qalınlığa malikdir. Çəki də dəyişməyib — 215 qramdır. Lakin dizayn fərqlidir: qızılı rəngli korpus və kamera bloku haşiyəsi qırmızı və ya qara arxa panel ilə birləşdirilib.

Ekranlarda da dəyişiklik yoxdur: 6,5 düymlük xarici və 8 düymlük daxili ekran 120 Hz yenilənmə tezliyini dəstəkləyir. “Qapağın altında” Snapdragon 8 Elite prosessoru yerləşir, yaddaş variantları isə 16 + 512 GB və ya 16 GB + 1 TB təşkil edir (256 GB versiyası yoxdur).

25 vatt sürətli enerji yığma texnologiyasını dəstəkləyən 4400 mA/saat tutumlu batareya da əvvəlki kimi qalıb. Yeni model yalnız Çin bazarında satışa çıxarılıb: 16/512 GB versiyası 16 999 yuan (təxminən 2390 dollar), 16 GB + 1 TB versiyası isə 18 999 yuan (təxminən 2670 dollar) qiymətinə təklif olunur.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr