29 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

Samsung yeni qatlanan smartfonların təqdimat tarixini açıqlayıb

Samsung şirkəti bir neçə saat öncə yaxın günlərdə keçiriləcək “Galaxy Unpacked” təqdimatını elan etdiyi rəsmi video tizeri yayımladı və eyni zamanda gələcək yeni məhsullar üçün öncədən sifarişlərin olacağınıda elan etdi.

Qısa videoda Galaxy AI funksiyalar paketinin qeydi var və orada göstərilən adsız qacetin konturları yeni Galaxy Flip və ya Fold modelinin təqdimatına işarə edir. Tədbirin tarixi 10 iyul 2024-cü ildir. Təqdimat proqramı hələ rəsmi olaraq elan edilməyib, lakin şayiələrə görə, Samsung aşağıda qeyd olunan cihazları nümayiş etdirəcək:

— Galaxy Ring
— Galaxy Z Flip6
— Galaxy Buds 3
— Galaxy Z Fold6
— Galaxy Watch 7
— Galaxy Buds 3 Pro
— Galaxy Watch 7 Ultra

Bundan əlavə, şirkət istifadəçiləri yeni məhsulların rezervasiyası üçün 50 dollar depozit qoymağa dəvət edən tanıtım səhifəsini istifadəyə verdi.

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr