Apple-ın CEO-su Tim Kuk üçüncü rübün maliyyə nəticələrini açıqladıqdan sonra Wall Street analitikləri və seçilmiş media üzvləri ilə konfrans keçirdi. Söhbət zamanı ondan qarşıdan gələn 16-cı iPhone seriyası ilə bağlı gözləntiləri soruşdular.
Apple-ın hesabatına görə, 29 iyunda sona çatan üç aylıq dövrdə iPhone satışları 2023-cü ilin eyni dövründəki 39,7 milyard dollardan 1% azalaraq 39,3 milyard dollar gətirdi. Eyni zamanda analitiklər və jurnalistlərlə söhbətində Tim Kuk eyni müddət ərzində 15-ci seriyanın satışlarının 14-cü seriyadan daha yaxşı olduğunu bildirib.
Tim Kuk 16-cı seriya üçün proqnozları ilə bağlı suala gözlənildiyi kimi, birbaşa cavab verməyib. Lakin o, insanların bu il yeni iPhone almağa həvəsinin olduğuna inanır.
“Mən sadəcə deyərdim ki, Apple Intelligence (Ai) ilə biz istifadəçilərə təqdim edəcəyimiz dəyər səviyyəsinə görə çox həyəcanlıyıq. Biz hesab edirik ki, bu, təkmilləşdirmə üçün daha bir inandırıcı səbəbdir”, — deyə Apple baş direktoru bildirib.
Beləliklə, Apple iOS 18-də görünəcək süni intellekt funksiyalarına böyük ümidlər bağlayır. Qeyd etmək lazımdır ki, mövcud modellərdən yalnız iPhone 15 Pro və 15 Pro Max modellərində süni intellekt funksiyalarını alacaq. Bu qərar 8 GB-dan az RAM olan cihazlarda Ai funksiyaların həyata keçirilməsinə imkan verməyən aparat məhdudiyyətləri ilə bağlıdır.
Fikirləriniz ?
