StatCounter analitiklərinin məlumatına görə, Windows 11 təxminən dörd il sonra nəhayət ki, öz sələfi olan Windows 10-u geridə qoyaraq istifadəçi sayına görə lider əməliyyat sisteminə çevrilib.
2021-ci ilin oktyabrında təqdim olunan Windows 11 uzun müddət ərzində ciddi çətinliklərlə üzləşib və buraxıldıqdan bir il sonra bazarın cəmi 10%-dən azını ələ keçirə bilmişdi. 2023-cü ildə bu göstərici 28%-ə çatıb, 2024-cü ilin sonuna doğru isə platformanın payı 36%-ə yüksəlib. Əməliyyat sisteminin son zamanlardakı populyarlıq artımı 2025-ci ilin iyul ayının ilk həftəsində Windows 11-in bazar lideri olmasına səbəb olub.
Ən son məlumatlara əsasən, hazırda “Windows 11” 700 milyondan çox cihazda quraşdırılıb. Ən son versiyanın bu qədər populyarlaşması bir neçə amillə əlaqələndirilir. Birincisi, Microsoft Windows 10-un standart versiyalarına dəstəyin tezliklə dayandırılacağını açıqlayaraq genişmiqyaslı məlumatlandırma kampaniyasına başlayıb. İkincisi, bir çox təşkilatlar və fərdi istifadəçilər nəhayət ki, öz avadanlıqlarını yeniləyiblər. Üçüncüsü isə, Windows 11-in performansın optimallaşdırılması, daha sərt təhlükəsizlik parametrləri və süni intellekt alətlərinə daxili dəstək kimi üstünlükləri onun xeyrinə işləyib.
Fikirləriniz ?
