Microsoft 365 ofis paketinə yeni funksiya əlavə olunub. İndi hər kəsin öyrəşdiyi Excel və Word proqramları artıq süni intellekt vasitəsilə hazır cədvəllər və mətn sənədləri yarada bilir — sadəcə süni zəkka modrlinə düzgün texniki tapşırıq vermək kifayətdir.
Lazımi faylların generasiyası üçün şirkətin Copilot adlı süni zəka köməkçisi istifadə olunur. Ondan eyni adlı çat vasitəsilə yararlanmaq olar, həmçinin Excel-də sadəcə =COPILOT formulunu yazmaq və mötərizədə sorğunu təsvir etmək kifayətdir.
Word üçün mövcud imkanlara mövzu üzrə hesabatların hazırlanması, mətn üslubunun dəyişdirilməsi, mövcud məlumatlar əsasında aylıq yekunların çıxarılması və ya sənədin müxtəlif versiyalarının müqayisəsi daxildir. Excel isə büdcə trekerini sürətli şəkildə yaratmaq, kreditin dəyərini hesablamaq və ya maliyyə hesabatı hazırlamaq imkanını verir.
Hazırda bu yeniliklər yalnız Copilot funksiyalarının rəsmi dəstəkləndiyi ölkələrdə işləyir. Şirkət yaxın vaxtlarda PowerPoint üçün də süni zəka funksiyalarının istifadəyə veriləcəyini elan edib.
Fikirləriniz ?



