4 C
Баку
Среда, 4 февраля, 2026
spot_img

Xiaomi 17 Pro təqdim olundu: iki ölçü, iki ekran və çox tutumlu akkumulyator

Xiaomi 17 Pro-da 6,3 düymlük OLED 1,5K ekran və 2,7 düymlük arxa displey var. Pro Max versiyasında isə 6,9 düymlük 2K ekran (3500 nit parlaqlıq) və 2,9 düymlük əlavə displey quraşdırılıb. Hər iki model LTPO texnologiyası (1–120 Hz) və Xiaomi Shield Glass 3.0 ilə qorunur. Arxa ekran bildirişlərlə yanaşı animasiya, qeyd, QR-kod, virtual pet və əsas kamera ilə selfi üçün istifadə olunur. Xüsusi oyun rejimi sayəsində həmçinin cihaz retro-konsol kimi işləyə bilir.

Əsas modul — 50 MP Light Fusion 950L sensorudur. 17 Pro “üzən” teleobyektivlə 20 sm-dən makro çəkiliş edir, Pro Max isə 5 qat periskop obyektiv və yeni prizma ilə təchiz olunub. Hər iki modeldə 50 MP ultrageniş və ön kamera mövcuddur.

Smartfonlar Snapdragon 8 Elite Gen 5 prosessoru, 16 GB-a qədər RAM və HyperOS 3 ilə gəlir. Batareya tutumu Pro-da 6300 mAh, Pro Max-da isə 7500 mAh-dır. Hər ikisi 100W naqilli və 50W naqilsiz enerji yığmanı dəstəkləyir. Wi-Fi 7, UWB, Dolby Atmos səs sistemi və IP68 qoruma mövcuddur.

Xiaomi 17 Pro qiyməti $700-dan (12+256 GB) başlayır, maksimal versiya $841-dir. Pro Max $841 (12+512 GB) qiymətindən başlayır və $981-ə qədər qalxır. Çin satışları 27 sentyabrda başlayacaq, qlobal bazara isə daha sonra çıxarılacaq.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr