27 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

Xiaomi-nin orta səviyyəli smartfonları təkmilləşdirilmiş kamera proqramını əldə etdi

Xiaomi Redmi K70 Ultra modeli üçün HyperOS 2.2 proqram təminatını yaymağa başlayıb və bununla birlikdə istifadəçilər Kamera tətbiqinin 6.0 versiyasına qədər böyük bir yeniləmə əldə ediblər. Ən önəmlisi isə odur ki, bu yenilik yalnız Leica kameraları olan flaqman modellər üçün deyil, həm də orta səviyyəli modellər üçün əlçatandır.

Şirkət rəsmlərin dediyinə görə, Kamera 6.0 versiyası çəkiliş sürətini artırır və şəkillərin emal müddətini azaldır. Bundan əlavə, interfeys yenidən işlənib: daha intuitiv olub və indi tez-tez istifadə olunan funksiyaları tapmaq daha asan və sürətli oldu. Alqoritmlər də həmçinin təkmilləşdirilib: portret rejimində bulanıqlıq daha təbii görsənir, gecə rejimində çəkilən şəkillər daha aydın, parlaq olur və daha sürətli çəkilir.

Yeni kamera tətbiqinə ilk olaraq aşağıdakı modellər çıxış əldə ediblər:
• Redmi K70E (digər adı ilə POCO X6 Pro);
• Redmi K70 (POCO F6 Pro);
• Redmi K70 Ultra;
• 2023–2024-cü illərə aid bəzi Xiaomi və Redmi orta səviyyəli modelləri.

Gələcəkdə bu yeniləmənin daha çox cihaz üçün əlçatan olması gözlənilir. Xiaomi daha çox flaqman funksiyasını orta seqment modellərə keçirməyə çalışır.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr