11 C
Баку
Воскресенье, 22 марта, 2026
spot_img

Xiaomi təsadüfən «17 Pro»nun dizaynını açıqladı

Xiaomi gözlənilmədən gələcək flaqman smartfonunun dizaynını nümayiş etdirib – buna səbəb şirkətin rəsmi Weibo hesabının avatarını vaxtından əvvəl yeniləməsi olub. Səhv qısa zamanda aradan qaldırılsa da, istifadəçilər cihazın şəkillərini saxlamağa imkan tapıblar.

Yayımlanan fotodan göründüyü kimi, smartfon üçlü kamera ilə təchiz olunacaq: onların ikisi iri modul (böyük ehtimalla əsas və telefoto), digəri isə daha kiçik obyektivdir (görünən odur ki, ultra-geniş bucaqlı olacaq).

Cihazın əsas özəlliyi isə iPhone 17 Pro-dakı kimi enli kamera bloku, lakin müxtəlif məlumatların göstərilməsi üçün inteqrasiya olunmuş displeyidir. Xiaomi daha əvvəl bu yanaşmanı 11 Ultra modelində sınamışdı, amma yeni həll Mix Flip 2 qatlanan telefonunun xarici ekranını daha çox xatırladır. Qeyd edək ki, bu dizayn daha əvvəl də insayfer fotolarda görünmüşdü.

Xiaomi-nin yeni flaqmanlarının təqdimatı sentyabrın sonunadək baş tutacaq. Şirkət artıq rəsmi şəkildə elan edib ki, Apple ilə rəqabət aparmaq üçün 16-cı seriyanı buraxacaq.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr