Bakıda tramvaylar geri qayıdır
Bakıda 28 May, Sea Breeze, Bayıl, Mehdiabad və Həzi Aslanov istiqamətlərini əhatə edən yeni tramvay xətlərinin ilkin layihəsi təqdim olunub.
Açıq mənbələrdə yer alan məlumata əsasən, layihənin 2030-cu ilə qədər mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Layihəyə əsasən:
Tramvay xətləri əsas nəqliyyat qovşaqlarını birləşdirəcək
Şəhərdaxili hərəkətin yüngülləşdirilməsi hədəflənir
Ekoloji cəhətdən daha təmiz və müasir ictimai nəqliyyat sistemi qurulacaq
Mərkəz, dənizkənarı və yaşayış əraziləri arasında alternativ marşrutlar yaradılacaq
Mütəxəssislərin fikrincə, tramvay şəbəkəsinin bərpası tıxacların azalmasına və ictimai nəqliyyatın keyfiyyətinin artmasına müsbət təsir göstərəcək.
💬 Sizcə, tramvaylar Bakının nəqliyyat problemini nə dərəcədə azalda bilər?



