Bloomberg xəbər verir ki, Almaniyada əmək bazarında böhran və iqtisadiyyatı canlandırmaq səyləri fonunda fevralın 1-də dördgünlük iş həftəsinə keçidlə bağlı pilot layihə başlayıb.
Təcrübədə 45 şirkət iştirak edir və işçilər eyni maaşı saxlamaqla bir gün daha az işləyəcəklər. Təcrübə altı ay davam edəcək. Onun məqsədi daha qısa iş həftəsinin məhsuldarlığı artırıb artırmayacağını öyrənməkdir.
Solidsense şirkətinin həmtəsisçisi Søren Fricke (layihənin iştirakçılarından biri) bildirib: “Mən tamamilə əminəm ki, “yeni işə” sərmayə qoymaq öz bəhrəsini verir, çünki bu, rifahı və motivasiyanı və nəticədə səmərəliliyi artırır”.