10 C
Баку
Четверг, 10 апреля, 2025
spot_img

Almaniyanın böyük şəhəri skuterləri qadağan edir

Almaniyada ilk dəfə olaraq böyük şəhər skuterdən istifadəni qadağan edib.

Gələn həftə sonundan etibarən Gelzenkirxen şəhərinin küçə və səkilərində skuterdən istifadəyə icazə verilməyəcək.

Şəhər bələdiyyəsi skuterlərin şənbə gününə qədər yığılmasını istəyib. İcarə skuter təklif edən şirkətlər qadağaya qarşı məhkəmə iddiası qaldırıb. Lakin Gelzenkirxen İnzibati Məhkəməsi hələlik bələdiyyənin xeyrinə qərar çıxarıb.

Məhkəmə qadağanın qanuni olduğuna və şəhərdə cəmi 350 skuterin ən geci şənbə gününə qədər yığışdırılacağına qərar verib. Bununla belə, skuterlərin şəxsi istifadəsi davam edəcək.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr